Bakı şəhər Yol Polisi İdarəsinin və "Jurnalistika və İnkişaf Mərkəzi"nin birgə təşəbbüsü ilə Ümumdünya Yol-Nəqliyyat hadisələri qurbanlarının xatirə gününə həsr olunmuş tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu bəlaya yönəltməkdir.
Tədbirdə bildirilib ki, hər il dünyada orta hesabla yol qəzalarında ölənlərin sayı 1,3 milyon nəfərdir.
Əgər bunun qarşısı alınmasa 2015-ci ildə bu rəqəm 2 milyonu keçəcək.
Azərbaycanda da son illər yol qəzalarının qurbanlarının sayında artım müşahidə olunur. Belə ki, 2011-ci ildə 1026 nəfər, 2012-ci ildə isə 1168 nəfər yol qəzalarında dünyasını dəyişib.
Qeyd olunub ki, yol təhlükəsizliyi sahəsində dönüş yaratmaq üçün "Xüsusi Dövlət Proqramı" hazırlanaraq həyata keçirilməlidir.
Hazırda tədbirdə müzakirələr davam etdirilir.
Yol qəzasında ölənlərin sayı artıb
511