Yavər Camalov: ”Bu il  10 pilotsuz uçuş aparatı istehsal edilib”
17 dekabr 2013 12:30 (UTC +04:00)

Yavər Camalov: ”Bu il 10 pilotsuz uçuş aparatı istehsal edilib”

Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən cari ildə «Orbiter-2M» tipli 10 ədəd pilotsuz uçuş aparatı istehsal edilib.


 

APA-nın məlumatına görə, bu barədə MSN işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

 

Nazirin sözlərinə görə, istehsal edilmiş bu 10 sistemin sınaqları başa çatdırılaraq istismara verilib.

 

Y. Camalov həmçinin qeyd edib ki, cari ildə 30 ədəd «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal olunub. Maşınlar 14.5 mm çaplı pulemyotla təchiz olunmuş döyüş modulu ilə silahlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480
avatar

Oxşar yazılar