Sumqayıt şəhərində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 4000 kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanıb.
Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.