Yasamalda və Nizamidə avtomobil yandı
02 noyabr 2016 08:25 (UTC +04:00)

Yasamalda və Nizamidə avtomobil yandı

 

Bakının Yasamal rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu qismən yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bakının Nizami rayonunda isə vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və yaxınlıqdakı mağazasının vitrin şüşəsini qırıb. Nəticədə minik avtomobilinin yanar hissələri və şam ağacı qismən yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar