Yasamalda qəza baş verib: xəsarət alan var - <span style="color:red;">YENİLƏNİB
13 mart 2014 09:41 (UTC +04:00)

Yasamalda qəza baş verib: xəsarət alan var - YENİLƏNİB

0
Martın 13-də gecə saatlarında Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Şərifzadə küçəsində "Saipa" markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirərkən sürətlə hərəkət edən "Range Rover" markalı maşın idarəetməni itirərək ona çırpılıb.

 

Qəza nəticəsində "Saipa"nın sürücüsü Elnur Hüseynov xəsarət alıb. Digər avtomobilin sürücüsu isə hadisə yerini tərk edib.

 

Hər iki avtomobilə ziyan dəyib. Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına aparıblar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1490

Oxşar yazılar