Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ bu gün saat 10:57-də Xəzər dənizində, Qaladan 160 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.40, dərinliyi 61 km olub.