Xəzər rayonunda maşın, Binəqədidə sex yandı
24 yanvar 2017 09:57 (UTC +04:00)

Xəzər rayonunda maşın, Binəqədidə sex yandı

 

Bakının Xəzər rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, nəticədə minik avtomobilinin mühərrik hissəsi yanıb və elektrik lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Binəqədi rayonunda vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 80 m² olan plastik qapı-pəncərə sexinin bir otağının yanar konstruksiyaları və yataq dəsti yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar