Bakının Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur. Lent.az-ın Fövqəladə hallar Nazirliyinin saytına istinadən məlumatına görə, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlar aparıblar. Axtarışlar nəticə verməyib. Əlavə məlumat veriləcək.