Xeyr-şər evindən samovar oğurlayanlar saxlanılıb
01 fevral 2014 10:21 (UTC +04:00)

Xeyr-şər evindən samovar oğurlayanlar saxlanılıb

Gəncədə xeyr-şər evindən samovar oğurlayan 3 nəfər saxlanılıb.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 15 gün əvvəl şəhər sakini Elşən İsmayılov polisə müraciət edərək Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın xeyir-şər evindən 730 manat dəyərində 2 samovarın oğurlandığını bildirib.

 

Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehrab Hüseynzadə, Xəyal Kazımzadə və Emin Əsədov saxlanılıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 813

Oxşar yazılar