Bakının Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus tikinti materialları mağazasında yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, mağazanın ümumi sahəsi 4 m² olan gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 02:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.