Bakıda avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Dodge" markalı minik avtomobilin salon hissəsi yanıb. Minik avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.