Vətəndaşın daxili orqanından 40 büküm narkotik vasitə çıxdı
23 yanvar 2017 17:18 (UTC +04:00)

Vətəndaşın daxili orqanından 40 büküm narkotik vasitə çıxdı

0

 

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

 

Lent.az Dövlət Gömrük Komitəsinin ( DGK) saytına istinadən bildirir ki, yoxlama zamanı, həmin şəxsin daxili orqanından (düz bağırsağından) 19 bükümdə, ümumi xalis çəkisi 86,165 qram olan narkotik vasitə - heroin, 20  bükümdə, ümumi xalis çəkisi 97,795 qram olan narkotik vasitə - tiryək, 1 bükümdə isə xalis çəkisi 1,740 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

 

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar