Vəkil: “Orxan Zeynalovun bədənində ağır zədələr var…”
09 dekabr 2013 15:50 (UTC +04:00)

Vəkil: “Orxan Zeynalovun bədənində ağır zədələr var…”

“Məhkəmə Orxan Zeynalovun həbsdə qalma müddətini 4 ay uzadaraq ümumilikdə 6 ay müəyyən etdi”.


 

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqir Şerbakovu öldürməkdə təsirli bilinən Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib.

 

Onun sözlərinə görə, istintaq tərəfi həbs müddətinin uzadılması ilə bağlı vəsatətini məhkəmə-tibbi və digər ekspertizaların rəyinin hazır olmaması ilə əsaslandırıb: “Məhkəmə bizdən bununla razı olub-olmamağımızı soruşdu. Mən Orxan Zeynalovun hüquqlarının müdafiəçisi olaraq istintaq tərəfinin vəsatəti ilə razı olmadığımı bildirdim. Çünki onun bədənində ağır zədələr var və o, həbsxanada qala bilmir. Ona görə də istintaq tərəfinin vəsatətinə etirazımı bildirdim. Lakin məhkəmə etirazı qəbul etmədi və Orxan Zeynalovun həbs müddətinin gələn ilin aprel ayının 10-dək, 4 ay müddətinə uzadılması haqqında qərar qəbul etdi”.

 

Vəkil bildirib ki, məhkəmənin həbs müddətinin uzadılması ilə bağlı qərarından apelyasiya verib-verməmək məsələsinə Azərbaycanın Rusiyadakı səfirliyi ilə məsləhətləşdikdən sonra qərar veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar