Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb.
Kürdəmir rayon Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Kürdəmir şəhərinin İsmət Qayıbov küçəsində baş verib.
Şəhər sakini, 20 yaşlı Seyidov Mirsadıq Miri oğluna məxsus ümumi sahəsi 165 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində evin 120 kvadratmetrlik hissəsi içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb. Yanğınsöndürənlər həmin evə bitişik 4 qonşu mənzili alovdan xilas edə biliblər. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.