Ucarda piyadavurma
02 noyabr 2017 23:07 (UTC +04:00)

Ucarda piyadavurma

0

Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Bakı-Qazax yolunda Qazax istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1974-ci il təvəllüdlü Bəxtiyar Lətif oğlu Məhərrəmovu vurub. Yaralı müxtəlif  xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ucar rayonunda travmatologiya şöbəsi olmadığı üçün B. Məhərrəmov Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndərilib. 

 

Faktla bağlı  araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar