Üç avtomobil toqquşub, xəsarət alan var - <span style="color:red;">YENİLƏNİB
29 mart 2014 10:05 (UTC +04:00)

Üç avtomobil toqquşub, xəsarət alan var - YENİLƏNİB

Bu gecə Bakının Yasamal rayonunda yol qəzası baş verib.

 

APA-nın məlumatına görə, Şərifzadə küçəsi ilə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı avtomobil yol kənarında dayanmış iki maşına - "Mercedes" və NİVA-ya çırpılıb. Qəza nəticəsində "Hyundai"nin sürücüsü Məcidov Nurlan İntiqam oğru yüngül bədən xəsarətləri alıb.

 

Hər üç avtomobilə ziyan dəyib. Qəzaya səbəb olan avtomobil yol-patrul xidmətinin əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

 

Faktı Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898
avatar

Oxşar yazılar