Tramp Klintonla fərqi azaltdı
01 noyabr 2016 02:15 (UTC +04:00)

Tramp Klintonla fərqi azaltdı

Respublikaçı Donald Tramp demokrat Hillari Klintondan cəmi 5 faiz geri qalır.

 

APA-nın “Reuters”-ə  istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 40 faizini toplaya bilər.

 

26-30 oktyabr tarixlərində keçirilən analoji sorğu zamanı namizədlər arasındakı fərq 6 faiz təşkil edirdı.

 

Güman edilir  ki, Federal Təhqiqatlar Bürosu Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı bərpa etməsi sorğunun nəticələrinə təsir edib.

 

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar