Tovuz rayon Əibəyli kənd sakini Elnur Mirzəyevə məxsus ağ rəngli “VAZ 2107” markalı 10 LK 967 dövlət seriya nömrəli avtomobil Bakıda oğurlanıb. Lent.az-ın məlumatına görə, E.Mirzəyev işi ilə bağlı Bakıda olub və qohumunun evində gecələyib. Martın 8-i gecə saatlarında avtomobili Qara Qarayev prospekti 106 ünvanında həyətdə saxlayan E.Mirzəyev səhər oyandıqda maşını tapa bilməyib.
O, maşının qaçırıldığının fərqinə varıb və polisə müraciət edib. Lakin, hələ də avtomobil tapılmayıb.