Tikinti materialları dükanında yanğın olub
20 dekabr 2016 18:46 (UTC +04:00)

Tikinti materialları dükanında yanğın olub

0

 

Bakı şəhəri, Nizami rayonunda tikinti materialları satışı mağazasında yanğın hadisəsi baş verib.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan mağazanın yanar konstruksiyaları 50 m2 sahədə və içərisində olan materiallar yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.  Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar