Gəncədə bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, martın 3-də saat 18 radələrində Gəncəçay dəmir yolu stansiyası ərazisindəki qorunmayan keçiddə yolu keçən Gəncə şəhər sakini Hüseyn Hüseynovu teplovoz vurub.
Xəstəxanaya yerləşdirilən H. Hüseynovun ayağı amputasiya olunub və həmin gün orada ölüb.
Araşdırma aparılır.