Təmas xəttində növbəti monitorinq keçiriləcək
23 yanvar 2017 10:13 (UTC +04:00)

Təmas xəttində növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle və Gennadi Petrika keçirəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar