ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Ağdam rayonunun Baş Qərvənd və Əhmədağalı kəndləri arasında yerləşən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Lent. az-ın məlumatına görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Uilyam Prayor olacaqlar.