ANS telekanalının jurnalisti Afət Telmanqızının həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində dünyasını dəyişən gəlinləri, 26 yaşlı Pərvinə Qasımovanın ölümü ilə bağlı iş baş prokuror Zakir Qaralovun xüsusi nəzarətinə götürülüb. Lent.az-ın məlumatına görə, bu barədə qafqazinfoya məlumat verən teleaparıcı bildirib ki, ölüm faktının araşdırılması Yasamal Rayon Prokurorluğuna, prokuror Abıyev İsmayıla tapşırılıb. Afət Telmanqızı artıq faktla bağlı qardaşı Anar Cəfərov və ondan izahat alındığını deyir. Jurnalistin ailəsi baş verən ölüm faktında Sumqayıtda 1 saylı Doğum Evinin baş həkiminin, əməliyyatı aparan həkim Sevda Xanbutayevanın, şöbə müdiri Məmməd Cəfərovun birbaşa məsuliyyət daşıdığını bildiriblər. Jurnalist müstəntiqin həmin şəxslərin ad və soyadlarını qeyd etdiyini və izahatlarının alınacağını deyib. Müstəntiq həmçinin həmin həkimlərin könüllü prokurorluğa gəlməkdən imtina edəcəkləri halda polis vasitəsilə gətiriləcəklərini qeyd edib.
A.Telmanqızı Respublika Klinik Xəstəxanasının həkimlərini ittiham etmədiklərini və məsuliyyətin ancaq Sumqayıtda 1 saylı Doğum Evinin həkimlərinin üzərində olduğunu, eyni zamanda Klinik Xəstəxananın reanimatoloqu Vidadi Həsənovun xəstənin son anlarında onun yanında olduğunu nəzərə alaraq prokurorluqda izahat verməyə çağırılacağını deyib.