Taksi sürücüsünü soyan sərnişin tutuldu
25 oktyabr 2017 13:01 (UTC +04:00)

Taksi sürücüsünü soyan sərnişin tutuldu

Qusarda soyğunçuluq hadisəsi olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam rayon sakini Rafayel Novruzov oktyabrın 24-də Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir gün əvvəl Bakıdan Qusarın Hil kəndinə gətirdiyi sərnişini tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib.

Araşdırmalarla məlum olub ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan R.Novruzova yaxınlaşan bir nəfər Qusar rayonunun Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun “Samsung” markalı telefonunu da götürərək aradan çıxıb.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yeri müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə gətirilib.

Araşdırma zamanı onun Qusar rayonunun Hil kəndi sakini, əvvəllər məhkum olunmuş Samir Zalov olduğu müəyyən edilib.

Ş.Zalov törətdiyi əməli etiraf edib və R.Novruzova məxsus “Samsung” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Qusar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

S.Zalovun digər cinayətlərdə də iştirakının olub-olmadığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar