Suriyada öldürülənlərdən daha ikisinin adı məlum oldu - <span style="color:red;">YENİLƏNİB
28 mart 2014 19:16 (UTC +04:00)

Suriyada öldürülənlərdən daha ikisinin adı məlum oldu - YENİLƏNİB

Onlardan biri Sumqayıt, digəri Şəki sakinidir.


 

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb. APA-nın xəbərinə görə, ölən döyüşçülər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “İbrahim Sumqayıtlı” və “Seyfullah Şəkili” ləqəbli Azərbaycan vətəndaşlarıdır. Hər iki şəxsin fotosu da yayılıb. 

 

APA apardığı araşdırmalar nəticəsində “İbrahim” ləqəbli Sumqayıt sakininin əsl adının Rüfət Aşurov, “Seyfullah” ləqəbli Şəki rayon sakininin isə Ruslan Məmmədov olduğunu müəyyənləşdirib.

 

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

 

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar