Azərbaycanda 18 yaşlı oğlan qətlə yetirilib.
Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 47-ci məhəllədə qeydə alınıb. 1996-cı il təvəllüdlü Ruslan Rəfail oğlu Quliyev aralarında yaranan münaqişə zəminində 1995-ci il təvəllüdlü Məmmədsaleh Şükürovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən R. Quliyev tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.