Siyəzəndə bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1985-ci il təvəllüdlü Cəbiyev Cavad Şahverdi oğlu bıçaq xəsarəti ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.