Göygöldə sirkə turşusundan zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Səmədli kənd sakini, 1977-ci il təvəllüdlü Cəlil Namazov sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. C. Namazovun hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.