Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbərliyi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Maştağa qəsəbəsindəki 1 saylı psixiatriya xəstəxanasında məskunlaşan ahılları ziyarət edib. Lent.az-ın məlumatına görə, ahıllara bayram hədiyyəsi aparan birliyin sədri Sevinc Əzimbəyli bildirib ki, “Yeni Üfüq” İctimai Birliyi 31 Dekabra kimi davamlı olaraq belə xeyriyyə aksiyalarının keçirilməsini qərara alıb. Sevinc Əzimbəyli ölkə vətəndaşlarının həmrəylik nümayiş edirərək, xüsusi olaraq əlamətdar günlərdə imkansız və yardıma ehtiyacı olan insanlarımıza dəstək olmağa çağırıb. O, bütün zəngin insanlarımıza müraciət edərək: “Uca Yaradanın dərgahında heç bir savab əməlin cavabsız qalmadığını, bayram ərəfəsində xəstə və imkansız ailələri ziyarət etməklə onların qəlbini sevindirməyin vacibliyini”- söyləyib.
1113