Bakıda faciə: sevgilisindən hamilə qaldığını düşünən qız özünü...
01 noyabr 2016 10:41 (UTC +04:00)

Bakıda faciə: sevgilisindən hamilə qaldığını düşünən qız özünü...

Bakıda 26 yaşlı qadın intihara cəhdinin səbəbləri məlum olub. Lent.az musavat.com-a istinadən xəbər verir ki, Xəzər rayon prokurorluğunda aparılan araşdırmalar zamanı rayon sakini H.Ə.-nin (ailəsini və özünü nəzərə alaraq, qadının adını gizli saxlayırıq) özünü öldürməyə cəhd etməsinin motivini üzə çıxarıb.

 

1990-cı il təvəllüdlü H.Ə. Lev Starçuk küçəsində yaşadığı binanın üçüncü mərtəbəsindən özünü atıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Saytın xəstəxanadan əldə etdiyi məlumata görə, 26 yaşlı qadın hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır olaraq qalır.

 

Araşdırmalar zamanı məlum olub ki, H.Ə.-nin intihara cəhdinə sevgilisinin ondan ayrılması səbəb olub. Daha doğrusu, onunla yaxın münasibətdə olan kişi evlənməkdən imtina edib. H.Ə. isə hamilə olduğunu düşünüb və özünü öldürmək qərarına gəlib. O, özünü atmazdan əvvəl Whatsapp-la keçmiş sevgilisinə vida ismarışı da yazıb.

 

Xəstəxanaya gətirilən H.Ə.-nin hamilə olmadığı üzə çıxıb.

 

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi  başlanılıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Oxşar yazılar