Sərxoş sürücü maşını divara çırpdı
09 dekabr 2016 07:54 (UTC +04:00)

Sərxoş sürücü maşını divara çırpdı

0

Şəmkirdə avtomobil divara çırpılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, 1969-cu il təvəllüdlü Eynar İsmayılov idarə etdiyi “VAZ 2107” ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı  divara çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir. Qəzanın sürücünün sərxoş olması səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar