Şəmkirdə 29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu
21 yanvar 2017 01:27 (UTC +04:00)

Şəmkirdə 29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu

Şəmkirdə döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini 1988-ci il təvəllüdlü Allahyarov Allahyar Zahid oğlu müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.

 

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.  Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar