APA-nın məlumatına görə, 10 ET 384 dövlət nömrə nişanlı "Lada Samara" markalı minik maşını 90 GG 194 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü və bir sərnişin xəsarət alıblar.
Yaralılar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinin yaxınlığında yaşayan vətəndaşlar yaralı sürücü və sərnişin avtomobildən çıxararaq, xəstəxanaya aparıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
İlkin ehtimala görə, minik maşınının sürücüsü hava şəraitini nəzərə almayıb və avtomobili yüksək sürətlə idarə edib.
Faktla bağlı araşdırma aparılır.