Bakı şəhər sakini saxta dollar satarkən tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 27-də Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əskinası dəyişdirmək istəyərkən Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 22-ci PB-yə təhvil verilib.
Araşdırma aparılır.