Samux rayonunda 2 nəfər Kür çayına düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Samux rayonu Hacıallı kəndində Kür çayına 2 nəfərin düşməsi barədə məlumat daxil olub. FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxslərin axtarışlarına başlanılıb. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.