Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. İki “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb. Ölənlərin adları dəqiqləşdirilir.
Qəza nəticəsində həmçinin bir ailənin dörd üzvü – 36 yaşlı Eldəniz Behbudov, onun həyat yoldaşı, 30 yaşlı Pərvanə Behbudova, onların övladları, 10 yaşlı Kənan və 13 yaşlı Tərgül ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.