Salyanda baş verimiş qəzada 1 nəfər dünyasını dəyişib.Baş Dövlət Yol Polis İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun 87-ci kilometrliyində Salyan rayonunun Şörsulu kəndi ərazisində qeydə alınıb.
Astara rayon sakini Xasməmməd Abdulhəsən oğlu Həmidov “Ford Tranzit “ markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Massallı rayon sakini, 27 yaşlı Taleh Valeh oğlu Məmmədovun idarə etdiyi “Mersedes” markalı 90 KV 383 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Qəza zamanı “Ford” markalı avtomobilin sürücüsü Xasməmməd Həmidov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Qəzaya səbəb “Ford” markalı yük avtomobilinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi bildirilir.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.