Sabirabad sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Nazim Hüseynovdan 1 kiloqram 725 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.