Rusiyanın Murmansk şəhərində qətlə yetirilmiş azərbaycanlı sahibkar Həbib Kərimovun sifarişli qətlinin icraçılarından biri Bakıda saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə məlumat yayan Rusiya İstintaq Komitəsində qatilin tutulmasına dair xəbəri şərh etməyiblər.
Komitədən bunu istintaq sirri adlandırıblar.
Qeyd edək ki, murmansklı sahibkar ona məxsus anbarda maskalı naməlum şəxslər tərəfindən ötən il dekabrın 4-də öldürülüb. Onunla birgə daha 2 nəfər qətlə yetirilib.