Qətərin “Umm Salal” komandasının yeni baş məşqçisi türkiyəli Bülent Uyqun olacaq. Lent.az-ın “NTVSpor”a istinadən verdiyi məlumata görə, klub prezidenti Şeyx Faysal ibn Əhməd əl-Thani 42 yaşlı mütəxəssisə 2,5 illik müqavilə təklif edib.
Uyqun 10 günədək ərəb ölkəsində olduqdan sonra təklifi qəbul edib.
Qeyd edək ki, Bülent Uyqun əvvəllər Türkiyənin “Sivasspor”, “ Bucaspor”, “Eskişehirspor”, “Elazığspor” və “Qaziantepspor” komandalarına rəhbərlik edib. Azərbaycanlı futbolçulardan İlqar Qurbanov “Sivasspor”da, Rəşad Sadıqov isə “Elazığspor”da onun rəhbərliyi altında oynayıb. Uyqyn 2011-ci il iyulun 3-də danışılmış oyunda iştirak və stimullaşdırma iddiaları ilə tutulub və 7 ay həbsdə qalıb.