Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Sumqayıt şəhərində qəbul keçirib. Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ramil Usubov Şəhər Polis İdarəsində Sumqayıt və Abşeron sakinlərini, Qubadlı, Zəngilan və Füzuli rayonlarından olan bir qrup məcburi köçkünlə görüşüb.
Nazir onların müraciətlərini dinləyərək, məsələlərin operativ şəkildə həll edilməsi üçün konkret tapşırıqlar verib.