Rafiq Səməndərin oğlu dəm qazından boğulub
04 dekabr 2013 12:43 (UTC +04:00)

Rafiq Səməndərin oğlu dəm qazından boğulub

Tanınmış publisist, ssenarist Rafiq Səməndərə ağır itki üz verib. Lent.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, publisistin oğlu Kamran Ələddinov bu gün vəfat edib.

 

K.Ələddinovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Rafiq Səməndər məşhur "Yuxu" filminin ssenari müəllifi, Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş "Sonqulunun sərgüzəştləri" ssenari müəlliflərindən biridir. Onun yaradıcılığının şah əsəri kimi 20 yanvar şəhidlərinə həsr olunmuş "Şəhidlər" kitabı göstərilir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1907

Oxşar yazılar