Qubada üç maşın toqquşub, xəsarət alan var
08 dekabr 2013 20:13 (UTC +04:00)

Qubada üç maşın toqquşub, xəsarət alan var

Bu gün Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Quba rayonu, Zərdabi kənd sakini 1977-ci il təvəllüdlü Kamilov Ramin Nadir oğlunun idarə etdiyi 40 BG 667 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomaşınla Şahin Qonaqovun idarə etdiyi 40 BD 620 dövlət qeydiyyatlı “VAZ-2107” markalı maşın toqquşub. Bundan sonra idarəetməni itirən sürücü  Əliyev Vaqif Əbülfət oğlunun idarə etdiyi “VAZ- 2107” ilə toqquşub.

 

Qəza nəticəsində R. Kamilov müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

 

Hadisənin başvermə səbəbləri araşdırılır.

 

# 1039
avatar

Oxşar yazılar