Qubada tikilməkdə olan ev yandı
05 dekabr 2016 08:07 (UTC +04:00)

Qubada tikilməkdə olan ev yandı

0

Qubada yanğın hadisəsi qeydə alınıb.

 

 APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Zərdabi qəsəbəsində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı  evlər yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar