Qobustan rayonunda, Bakı-Ələt yolunun 50-ci kilometrliyində sürücülər etiraz aksiyası keçirirlər.
Musavat.com-un xəbərinə görə, Bakı-Ələt magistralı bu aksiyaya görə 2 saat bağlı qalıb.
İlkin məlumata görə, sürücülər Nəqliyyat Nazirliyi tərəfindən maşınlarda daşınan yükün miqdarı ilə bağlı tətbiq olunan məhdudiyyətə etiraz edirlər.
Qeyd edək ki, dünən iş adamı Hacı İbrahim də bu məhdudiyyətə görə etirazını bildirib.
Məlumata görə, hələ də magistral açılmayıb.