Qobustanda aclıq aksiyası başladı
18 aprel 2013 19:05 (UTC +04:00)

Qobustanda aclıq aksiyası başladı

 

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan Həbsxanasında saxlanılan 30-a yaxın ömürlük azadlıqdan məhrum edilmiş məhkum aclıq aksiyasına başlayıb.


Məhbus yaxınlarının APA-ya verdiyi məlumata görə, aclıq aksiyasına başlayanlar cinayət işlərinə yenidən baxılmasını, cəzalarının daha yüngül cəza ilə əvəz olunmasını tələb edirlər.

 

Məlumatda bu ilin fevral ayında ölüm cəzasının ləğv olunmasının 15 ilinin tamam olduğu, Azərbaycandakı ömürük cəzaya məhkum olunanların 15 ildən çox cəza çəkdikləri qeyd olunub.

 

Qeyd edək ki, bir müddət əvvəl ömürlük məhkum Əli Quliyevin adından Ombudsman Elmira Süleymanovaya, Milli Məclisin deputatı Əli Hüseynliyə, hüquq müdafiəçilərinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət ünvanlanıb. Həmin müraciətdə də ömürlük azadlıqdan məhrum edilmiş məhkumların işinə yenidən baxılmalı olduğu bildirilib.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə bildirib ki, bu gün bir neçə məhkum aclıq aksiyasına başlaması barədə həbsxananın rəhbərliyinə müraciət edib: “Hər bir məhkumun aclıq aksiyası keçirmək hüquq var. Bu gün günorta Qobustan Həbsxanasında saxlanılan ömürlük həbs cəzasına məhkum olunan şəxslərdən bir neçəsi aclıq aksiyasına başlamaları barədə həbsxana rəisinə müraciət edib. Müraciət edən məhkumların hamısı aclıq aksiyasına başlamayıb. Onlar sadəcə müraciət ediblər. Əsas tələbləri də odur ki, onların işinə məhkəmələr tərəfindən yenidən baxılmalı, barələrində daha yüngül cəza təyin olunmalıdır”. 

# 1070
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə   yol qəzasında öldü

Azərbaycanda tələbə yol qəzasında öldü

21 may 2024 , 17:28
Bakıda  evdən meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

21 may 2024 , 17:15
Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

Azərbaycanda məktəbli qız QIZILCADAN ÖLDÜ

21 may 2024 , 17:07
motosiklet

Bakıda motosikletlə "avtoş"luq edən həbs olundu

21 may 2024 , 16:50
Tərtərdə MİNA PARTLADI:  ölən var

Tərtərdə MİNA PARTLADI: ölən var

21 may 2024 , 16:04
Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

Saxlanılan şəxsi döyən polis zabiti həbs olundu

21 may 2024 , 15:05
Hindistanlıları ABŞ-a aparmaq adı ilə  aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

Hindistanlıları ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı Bakıda tutuldu - VİDEO

21 may 2024 , 14:50
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

21 may 2024 , 14:43