Qızıl mağazasında satıcının üstünə bıçaq çəkdi
14 noyabr 2016 12:59 (UTC +04:00)

Qızıl mağazasında satıcının üstünə bıçaq çəkdi

0

Gəncədə quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də Gəncə şəhərində şəhər sakini Emin Mustafayevə məxsus qızıl satışı mağazasına gəlmiş naməlum şəxs onu bıçaqla hədələyərək quldurluq yolu ilə oradan 100 manat dəyərində qızıl bilərzik aparıb.

 

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Babayev tərəfindən törədilməsi müəyyən edilib.

 

Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar