Venesuelada dekabrın 30-da yoxa çıxmış hərbi helikopterin göyərtəsində olan şəxslərdən azı 13 nəfəri sağ qalıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sputnik-ə sərnişin və ekipaj üzvlərinin qohumları bildirib.
Bundan əvvəl Venesuelada “Mi-17” hərbi helikopterin qəzaya uğraması nəticəsində 11-i hərbçi olmaqla 16 nəfərin öldüyü bildirilmişdi. Rəsmi qurumlar 16 nəfərin öldüyü xəbərini təsdiqləmirdi.
Hazırda sağ qalan şəxslər La-Esmeralda şəhərində tibbi müayinədən keçirilir.