Dekabrın 9-da Zaqatala rayonunun Danaçı kəndində ölümlə nəticələnən avtomobil qəzası olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kənd sakini Cəfər Murtuzov idarə etdiyi "KİA" markalı avtomobili aşırıb və hadisə yerində ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Dekabrın 9-da saat 01 radələrində Sabunçu qəsəbəsi ərazisində də qəza olub. Belə ki, Sabirabad rayon sakini İsaq Ağazadə idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini İsmayıl Səmədovu vurub. İ.Səmədov xəstəxanaya aparılarkən yolda ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.