Qənirə Paşayeva  Abbas Güclü ilə görüşüb
28 mart 2014 16:50 (UTC +04:00)

Qənirə Paşayeva  Abbas Güclü ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva  Bakıda səfərdə “Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü ilə görüşüb. Lent.az-ın məlumatına görə,  Azərbaycan həqiqətləri ilə bağlı geniş müzakirələr aparılıb.

 Rəhbərlik etdiyi  Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvətini qəbul edib ölkəmizə səfər etdikləri üçün minnətdarlığını bildirən millət vəkili “Kanal-D”nin populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclüyə Azərbaycanla bağlı geniş məlumatlar verib, zəngin proqram əsasında gerçəkləşən belə səfərlərin çox anlamlı olduğunu bildirib.

Türkiyənin Kanal-D” televiziyasının populyar “Gənc baxış” proqramının aparıcısı Abbas Güclü Azərbaycana səfəri çərçivəsində Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə,  MM-in Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, bır sıra ziyalılarla da görüşüb və fikir mübadiləsi aparılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar